“Uşaqlar meyitlərin altında qalmışdı, polislər xilas etdi”
28 avqust 2021 17:43 (UTC +04:00)

“Uşaqlar meyitlərin altında qalmışdı, polislər xilas etdi”

Bu ailədən öz həyat yoldaşımı, atamı, anamı, 2 qardaşımı, bacımı, əmimin həyat yoldaşını, əmimin oğlunu, gəlinini - qızını, xalamın yoldaşını, oğlunu, qızını, atamın bacısını, atamın bacısının qayInanasını, 100 yaşında Zeynəb nənəni, əmi nəvəsinin 2 qızını itirdim, əmi nəvəsi Vəzirin 6 körpə balasını, bir də həyat yoldaşı yanıb külə dönmüşdü.

Bəli Binnət Mehdiyevin bu sadaladığı ailə üzvləri və yaxın qohumların hamısı bir gündə erməni terrorunun qurbanı olub. Ermənilərin hücum etdiyi gecə Binnət qardaşı Sahiblə Gəncə şəhər xəstəxanasında olub. Geri qaydan gün ailəsindən 6 nəfərin qətlə yetirildiyini görüb. Bir ailədən olan 62 yaşlı Hümbət Mehdiyev, onun həyat yoldaşı, 57 yaşlı Qənirə Mehdiyeva, övladları, 31 yaşlı Fikrət, 25 yaşlı Ayna, 19 yaşlı Mehdi, 33 yaşlı gəlini Bəyimi də ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Həmin gün 8 nəfərlik ailədən cəmi 3 nəfər sağ qalmışdı. O gündən sonra Sahibin bacısı ailə qurmayıb. Deyirlər özün döyməkdən iflic edib.

Həmin Gün həyat yoldaşı Bəyimi itirən Binnət sonrakı illərdə ailə qurub. İkinci ailə həyatında ona övlad qismət olmayıb. İndiki həyat yoldaşı Zəminə xanım deyir ki, onları birləşdirən oxşar taleləri olub.

Şəkər Mehdiyevanın sözlərinə görə, hər il avqust ayı gələndə onlar bu ağrını yenidən yaşayırlar. 6 bacı qardaş olan Mehdiyevlər ailəsinin bu gün Laçında soykökünü daşıyan cəmi iki nümayəndəsi qalıb. Onlardan birinin doğum günü avqustun 27-nə düşdüyündən bu günə kimi bir dəfə olsun qeyd etməyiblər. Bu gün də eyni acını yaşayan ailələrin hamısının bir təsəllisi var, qisas qiyamətə qalmadı.

Ballıqaya faciəsini ən ağır halda yaşayan və bu gün də Bərdənin “Xam Torpaq” adlanan ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan ailələrdən biri də Yunisdir. Yunis Mehdiyev həmin gecə 4 nəfər ailə üzvünü 67 yaşlı anası Gülayə Mehdiyeva, 39 yaşlı qardaşı Rəhbər, onun həyat yoldaşı Nübar Kəlbalıyeva və bacısı 36 yaşlı Sürəyya erməni vəhşiliyinin qurbanı olub.

Ermənilərin çadırları mühasirəyə alıb atəşə tutduğunu görən valideynləri Rəhbər və Nübar özlərini körpələrinin üstünə atıb. Bədənləri güllə yarasından deşik-deşik bu iki valideyn 3 körpəsini qoruya bilib. Uşaqların hər 3-ü də güllə yarası alıb. Lakin çadıra girən ermənilər meyitlərin altında yaralı və qan içində olan uşaqların qısa vaxtda öləcəyini düşünüb oranı tərk edib. Hadisə yerinə gələn Azərbaycanlı polis və hərbçilər uşaqların sağ qaldığını görüb onları xəstəxanaya yerləşdiriblər.

Yunis şəhid qardaşı Rəhbərin yetim qalan 3 övladı Lamiyyə, Elxan və Məhəmmədə sahib çıxıb və onları böyüdüb.

Soyqırımı qurbanlarından 3-ü, 1934-cü il təvəllüdlü Abdulla Abdullayev, 30 yaşlı oğlu Fərman və 19 yaşlı qızı Səadət Bərdənin Qaradəmirçi kənd məzarlığında dəfn olunub.

60 yaşlı Minarə Alməmmədova, onun iki qız övladı, 20 yaşlı Zeynəb və 16 yaşlı Kəmalə də həmin gecənin qurbanlarındadır. Onlar Bərdə rayonunun Tumaslı kənd məzarlığında dəfn olunub.

Yunis və Sahibin ailə üzvləri, 10 nəfər bir yerdə Nazırlı kənd məzarlığında dəfn olunub.

Vəzir Hümbətovun 6 övladı 1 həyat yoldaşı isə Ağdamın Güllücə kəndində dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4545
avatar

Oxşar yazılar