Uşaqlar arasında "Rotavirus" buna görə YAYILIR
29 aprel 2022 09:33 (UTC +04:00)

Uşaqlar arasında "Rotavirus" buna görə YAYILIR

Son zamanlar ölkəmizdə uşaqlar arasında “Rotavirus” yayılır. Bundan əlavə bir neçə gün əvvəl Səhiyyə Nazirliyi bir neçə ölkədə uşaqlarda mənşəyi bilinməyən hepatit virusunun aşkarlandığını açıqladı. 

Bəs, “Rotavirus”un bu qədər artmasına səbəb nədir?

Bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev Lent.az-a açıqlamasında bildirib ki, bun səbəb məktəb və bağçaların açılmasıdır:

“Son vaxtlar uşaqlar arasında qızdırma, qarın ağrısı, ishal, qusma kimi şikayətlər artmağa başlayıb. Bunların da çoxuna səbəb “Rotavirus”dur. “Rotavirus” ağız və oral yolla yoluxan virus mənşəli infeksiyadır. Bu xəstəlik ona görə, uşaqlar arasında daha çox yayılır ki, onlar əl yuma məsələlərinə diqqət etmir, oyuncaqlarını bir-birilə paylaşırlar, çirkli əllərini tez-tez ağızlarına aparırlar.
Əslində, pandemiyadan əvvəlki dövrə baxanda “Rotavirus”a biz daha tez-tez rast gəlirdik. Amma koronavirus dönəmində məktəblərin və bağçaların bağlı olmasını nəzərə alsaq, onda biz bu virusu çox aşkar edə bilmirdik. Amma son vaxtlar məktəblərin, bağçaların açılmasından sonra “Rotavirus”la bağlı rəqəmlər yüksəldi”. 

Həkimin sözlərinə görə, bu virusun ən yaxşı müalicə üsulu həkimə müraciət etmək və onlara bol-bol maye verməkdir. 


Zakir Quliyev hepatit virusu ilə bağlı da danışıb:

Son vaxtlar uşaqlar arasında mənşəyi bilinməyən hepatit virusu yayılır. Xüsusən də İngiltərədə bu virusa yoluxan uşaqların sayı artır. Bu zaman uşaqlarda gözlərdə saralma, kəskin halsızlıq, qaraciyər fermentlərinin artması, qusma, bulantı kimi şikayətlər olur. Hazırda bizim ölkəmizdə bu virus aşkarlanmayıb. Amma bu o demək deyil ki, olmayacaq, çünki bizim ölkə qapalı deyil. Valideynlər uşaqların gigiyenik təmizlənməsinə riayət etməlidir”. 

# 4161
avatar

Aytəkin Cəlali

Oxşar yazılar