Uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı YENİ XƏBƏR  - RƏSMİ
30 oktyabr 2021 14:11 (UTC +04:00)

Uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı YENİ XƏBƏR - RƏSMİ

"Kütləvi informasiya vasitələrində İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlar yayılıb.
 
Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun açıqlamasında hadisənin həqiqiliyi təsdiqlənmiş və Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinin başlanıldığı bildirilib". 

Lent.az-ın məlumatına görə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən ana və uşaq nəzarətə götürülüb.
 Komitədən bildirilib ki, uşaqların mənafeyinə uyğun zəruri tədbirlər görüləcək və aparılan istintaqın nəticələrindən asılı olaraq, yetkinlik yaşına çatmayan ana və körpənin gələcək taleyi ilə bağlı müvafiq qərarlar qəbul ediləcəkdir:
 
“Hazırda uşağın sağlamlığı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, cinayət məsələsi ilə bağlı hüquq-mühafizə orqanları eyni anda məşğul olur. Dövlət Komitəsi də öz növbəsində bu prosesdə iştirak edərək yetkinlik yaşına çatmayanın tibb müəssisəsindən çıxdıqdan sonrakı vəziyyəti ilə bağlı lazımi tədbirləri görəcəkdir.
 
Dövlət Komitəsi bir daha xatırladır ki, valideynlərin övladlarına qarşı etinasız və laqeyd münasibəti ağır fəsadların baş verməsi ilə nəticələnir. Uşaqların qayğısına qalmaq və nəzarət etmək valideynlərin borcudur. Cinayət barədə məlumatlı olub bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10890
avatar

Aytəkin Cəlali

Oxşar yazılar