"Çimərlik mövsümünün başlanması ilə Xəzərin sahili istirahət üçün sevimli yerlərdən sayılır. Təəssüflər olsun ki, biz tez-tez çimərliklərimizin necə çirkləndiyinin şahidi oluruq"
Lent.az məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib:
“Artıq bir neçə ildir ki, ekoloqlar yay aylarında sahil zolağının təmizlənməsi ilə bağlı aksiyalar keçirir. Sevindirici haldır ki, bizim tədbirlərimizdə müxtəlif ekoloji təşkilatlar və könüllülər iştirak edir. Lakin bu problemi kökündən həll etmək kifayət etmir. Biz yaxşı anlayırıq ki, belə kampaniyalar mövcud problemə diqqətin cəlb edilməsi üçün keçirilir. Lakin fokusumuzu çimərliklərin təmizlənməsindən zibilliklərin əmələ gəlməsinin qarşısının alınması ilə əvəz etsək, birlikdə məqsədimizə nail ola bilərik.
Bu gün mən bizim cəmiyyətin qadınlarına xüsusi müraciət etmək istəyirəm.
Ailələrin əksəriyyətində rahatlığı yaradan və qoruyan, uşaqları tərbiyə edən biz qadınlar-analar varıq. Təmizliyə və səliqəliliyə sevgi hissi isə hər birimizdə var.
Ətrafımızda təmizlik və səliqəlilik olanda hər birimizə xoş olur. Buna nail olmaq elə də çətin deyil, kifayət edər ki, hər kəs istirahətdə olduğu yeri özündən sonra yığışdırsın. Bununla biz həm də hər kəsin ardınca yığışdırmağı təbii ki çatdırmayan şəhər və rayon təsərrüfat xidmətlərinin işini də yüngülləşdirmiş olarıq. Bura bizim doğma ölkəmizdir. Məqsədimiz onu qorumaq, bizdə olan bütün yaxşı ənənələrini saxlamaqdır”.