Ukranyadakı vəziyyətlə əlaqədar Ruminiyada olan vətəndaşlarımızın bir qismini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, vətəndaşlarımız Bakıya çatıb.
Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün fevralın 28-də tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulmuşdu.