Üç mərtəbənin icazəsini alıb 5 mərtəbə tikdi - FHN  qarşısını aldı
30 aprel 2021 17:42 (UTC +04:00)

Üç mərtəbənin icazəsini alıb 5 mərtəbə tikdi - FHN qarşısını aldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-dən Lent.az-a verilən məlumata görə, mütəxəssislər Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, 27 ünvanında vətəndaşa məxsus üçmərtəbəli, mansardalı fərdi yaşayış binasının inşası zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması faktını müəyyən ediblər. Həmin ünvanda fərdi yaşayış binasının tikintisi üçün məlumatlandırma çərçivəsində Nərimanov rayon İcra Hakimiyyətindən icazə verməsi və eskiz layihəsi icra hakimiyyəti ilə razılaşdırılmasına baxmayaraq, tikinti zamanı vətəndaş layihədən kənara çıxaraq 3 mərtəbə və mansarda əvəzinə 4-cü mərtəbənin inşa etdirdiyi, 5-ci mərtəbədə isə tikinti-quraşdırma işlərinə başlanıldığı aşkar edilib. 

Qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğu üçün agentlik tərəfindən zəruri tədbirlərin dərhal görülməsi tələb olunaraq obyektdə tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Bundan əlavə, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, məhəllə 534, ev 2 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus qeyri-yaşayış sahəsinin xarici divarlarının sökülməklə binanın memarlıq görünüşünə qanunsuz dəyişiklik edilməsi faktı müəyyən edilib. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Yasamal Rayon İcra Hakimiyyəti ilə görülmüş birgə tədbirlər nəticəsində sökülüb divar bərpa edilib.

 

 

 

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanun pozuntularının qarşısını alıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3051
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar