Türkiyə mediası “İfşa” serialından yazdı
03 iyun 2021 15:14 (UTC +04:00)

Türkiyə mediası “İfşa” serialından yazdı

Türkiyənin iyirmidən çox metbu orqanında Azərbaycanda çəkilən və ATV kanalında yayımlanan ilk polis serialı olan “İfşa” haqqında xəbər dərc olunub.

Lent.az xəbər verir ki, qardaş ölkə mətbuatı “İfşa” serialı ilə Türkiyənin dövlət kanalı TRT-də yayımlanan “Təşkilat” serialı ilə eyni mövzunu əhatə etdiyini də diqqətə çattırıblar.

Qeyd edək ki, “İfşa” serialı Azərbaycanda çəkilən ilk polis serialıdır və DİN-in təşkilatı dəstəyi ilə çəkilib, serialın məsləhətcisi Daxili İşlər Nazirinin 1-ci müvini general-leytenant Seyfulla Əzimov, layihə rəhbəri və ideya müəllifi Ramiz Alıyev, layihənin Hüquqşunası Zaur Adıgözəlovdur.

Serialın Prodüserləri Nicat Həsənzadə və Vüqar Təhməzov, Quruluşçu rejissoru Elvin Abdulla, Ssenari müəllifləri Fariz Əliyev və Səbuhi Bayramovdur.

Serialın  6 bölümü çəkilib və hər həftənin dördüncü günü saat 22:30-da ATV kanalında yayımlanır.

Serialın informasiya dəstəyi APA Media Holdinqdir.

# 2037
avatar

Oxşar yazılar