Tufandağda həlak olan Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin xatirəsinə qoyulan lövhə oğurlanıb.
Lent.az məlumat verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumatda bildirilib ki, bir neçə il əvvəl Tufandağın şimal ətəyində Mahmuddərədə quraşdırılan lövhə bürüncdən hazırlanıb.
Xatırladaq ki, 2017-ci ilin dekabrında Quba rayonunda dağlıq ərazidə itkin düşən "Gilavar" hava və ekstrim idman klubunun üzvlərinin cəsədləri 2018-ci il mayın 16-da tapılmışdı.