Tovuz və Daşkəsəndə şəhidlər dəfn edilib - FOTO
16 sentyabr 2022 19:17 (UTC +04:00)

Tovuz və Daşkəsəndə şəhidlər dəfn edilib - FOTO

Erməni təxribatının qarşısını alarkən şəhid olan 2002-ci il təvəllüdlü müddətdən artıq xidmət edən Turxan Süleymanovun nəşi yaşadığı evə aparılıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, şəhidin nəşi sonra Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidin tabutuna bürünmüş Azərbaycan bayrağını onun atası İdris Süleymanova təqdim edib. Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb

Müddətdən artıq xidmət edən Kənan Nəsibovla Tovuzun Əsrik-Cırdaxan kəndində vida mərasimi keçirilib. Daha sonra 23 yaşlı şəhid doğulub boya-başa çatdığı kənddə torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid və qazi ailələri iştirak edib. Son mənzilə izdiham və hərbçilərin yaylım atəşi ilə yola salınıb. Daha sonra şəhidin tabutunun büküldüyü üçrəngli dövlət bayrağı atasına təqdim edilib.

Senytabrın 13-ü düşmənin Kəlbəcər rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan Komando snayperi Kənan Nəsibov hərbçi yoldaşları ilə birlikdə əks-həmlə əməliyyatlarında düşmənə qarşı şücaətlə vuruşaraq bir neçə mövqeni işğaldan azad ediblər. Döyüşlərin birində o, dəqiq atəşlə düşmənin iki təminat dolu avtomobilini məhv edib. Növbəti üzbəüz döyüşlərindən birində hərbçimiz aldığı güllə yarasından şəhid olub və nəşi bir neçə gün neytral ərazidə qalıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

# 1458
avatar

Oxşar yazılar

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

4 dekabr 2022 , 17:10
Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

4 dekabr 2022 , 16:42
Sabah hava belə olacaq - PROQNOZ

Sabah hava belə olacaq - PROQNOZ

4 dekabr 2022 , 12:37
Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülərə XƏBƏRDARLIQ

4 dekabr 2022 , 11:40
Bu rayonlara qar yağdı-FOTO

Bu rayonlara qar yağdı-FOTO

4 dekabr 2022 , 10:45
Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16