“Bir azərbaycanlı pilot kimi qürur və həyəcan hisi keçirirəm. Biz nəhayət, Qarabağ səmasında sərbəst uçuşlar yerinə yetirməyə başlamışıq və yerinə yetirəcəyik”.
APA-nın məlumatına görə, bunu bu gün Füzuli Beynəlxalq Hava Limanına eniş icra edən Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisinin kapitanı Rasim Əşrəfov bildirib.
Pilot deyib ki, Füzuli Beynəlxalq Hava Limanına uçuş sxemi çox əlverişli və rahatdır: “Uçuş zolağı belə böyük təyyarələri qəbul etmək baxımından pilot üçün çox rahatdır. Aeroportun avadanlığı beynəlxalq standartlara uyğundur. Güman edirəm ki, bu yaxınlarda Qarabağda daha bir aerodroma uçuşlara başlayacağıq. Mən çox fəxr edirəm ki, azərbaycanlıyam!”.

Rasim Əşrəfov, “Boeing 747-400” tipli hava gəmisinin kapitanı
Təyyarə kapitanı Qarabağa ilk uçuşdan danışdı
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49