Təhsil Nazirliyindən 8 Martla bağlı  ÇAĞIRIŞ:   Yolverilməzdir...
04 mart 2022 11:41 (UTC +04:00)

Təhsil Nazirliyindən 8 Martla bağlı ÇAĞIRIŞ: Yolverilməzdir...

Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib.

Lent.az xəbər verir ki, müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir. Bildirilir ki, bayramla bağlı  xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər birimiz nəzarət etməliyik. 

Həmçinin qeyd olunur ki, belə hallarla qarşılaşanlar [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər. 

Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir.

Müraciət xanımların 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilməsi ilə yekunlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3699

Oxşar yazılar