Tədrisi digər dillərdə aparılan uşaqlar üçün MƏKTƏB SEÇİMİ BAŞLADI
24 iyun 2021 08:20 (UTC +04:00)

Tədrisi digər dillərdə aparılan uşaqlar üçün MƏKTƏB SEÇİMİ BAŞLADI

Bu gündən tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçimi başlayır.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, məktəb seçiminə saat 11:00-dan start veriləcək. 

Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

# 1392
avatar

Oxşar yazılar