Təbiətə 9 min ziyan vuranların işi  PROKURORLUQDA
02 iyun 2021 15:41 (UTC +04:00)

Təbiətə 9 min ziyan vuranların işi PROKURORLUQDA

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Xəzər rayonunun Qala qəsəbəsində "Hyundai" markalı 99-KR-956, 99-RZ-018, 90-JO-065 dövlət nömrə nişanlı və HOWO markalı 99-ND-109, 99-EM-051 dövlət nömrə nişanlı yük maşınlarına ayrı-ayrı günlərdə qarışıq süxur yükləndiyi aşkar olunub.

Bu barədə Lent.az-a xidmətin rəsmisi Vaqif Cavadov məlumat verib. O bildirib ki, araşdırma zamanı təbiətə 9702 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

"Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Xəzər rayon Prokurorluğuna göndərilib.

Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qarışıq süxur daşınması hallarına yol verilməməsi üçün Xəzər rayon İcra Hakimiyyətinə müraciət olunub”.

# 1224
avatar

Oxşar yazılar