“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, 90 yaşlı jurnalist koronavirusdan vəfat edib. Teymur müəllim 25 ildən çox idi ki, “Respublika” qəzetinə rəhbərlik edirdi.
O, keçən ilin sonunda “Şöhrət” ordeni ilə təltif edilmişdi.