Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov
18 sentyabr 2021 17:27 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov

“Şuşada yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Prezidentin xüsusi nümayəndəsi

“Şuşa mədəniyyət paytaxtıdır, burada yaşayış bir çox şəhərlərdən fərqli olacaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

A. Kərimov deyib ki, Şuşada ağır sənaye müəssisələri olmayacaq, sırf turizm və mədəniyyət yönümlü obyektlərin inşası və inkişaf etdirilməsi nəzərdə tutulur: “Bu məqsədlə də Azərbaycan Prezidenti tərəfindən Şuşa Dövlət Qoruğu İdarəsi yaradılıb. Bu Qoruq İdarəsinin fəaliyyəti çox geniş miqyaslı olacaq, Xüsusi Nümayəndəliyin nəzarəti altında bu fəaliyyət aparılacaq”.

 

# 1695
avatar

Oxşar yazılar