“Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər həyata keçirilib”.
Lent.az bildirir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkə hesabından məlumat verib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev
“Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində Üzeyir Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəz edilib. Üzeyir Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1.7 nişanlanma xətti) təşkil edilib. Svetofor obyektində daimi sağa bölməsi ləğv edilib”.
M. Ağayev qeyd edib ki, dəyişikliklər Ü.Hacıbəyli və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində hərəkəti buraxma qabiliyyətini 25 faiz artıracaq. Qeyd edək ki, sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edirik.