SON DƏQİQƏ:  Qeyri-iş günündə Azərbaycanda bu qədər peyvəndləmə oldu
25 mart 2021 14:00 (UTC +04:00)

SON DƏQİQƏ: Qeyri-iş günündə Azərbaycanda bu qədər peyvəndləmə oldu

Azərbaycanda vaksin olunanların sayı yarım milyonu keçib.
 

Martın 24-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 650 nəfər vaksinasiya olunub. 

Bu barədə Lent.az-a  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

# 2049
avatar

Oxşar yazılar