Sınaq imtahanlarının nəticələri  AÇIQLANDI
29 dekabr 2021 15:47 (UTC +04:00)

Sınaq imtahanlarının nəticələri AÇIQLANDI

Dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi (o cümlədən dekabrın 26-da keçirilən coğrafiya fənni) üzrə keçirilmiş sınaq imtahanının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 3872 abituriyentdən 53 nəfəri imtahana gəlməyib.

Xatırladaq ki, imtahanda ən yüksək nəticə göstərən 25 abituriyent 2022-ci il yanvarın 14-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq.

Görüşdə DİM-in məsul işçiləri tərəfindən abituriyentlərə növbəti tədris ili üçün qəbul imtahanları, ixtisas seçimi və digər məsələlərlə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Abituriyentlər DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.

 

# 2520
avatar

Aytəkin Cəlali

Oxşar yazılar