Şimşək, leysan, sel... – Azərbaycanda FAKTİKİ HAVA
17 sentyabr 2021 22:16 (UTC +04:00)

Şimşək, leysan, sel... – Azərbaycanda FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21:00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş (Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, yağış bəzi yerlərdə leysan xarakterli olub.

Bu gün intensivləşən leysan yağış nəticəsində Tovuz rayonu Yanıqlı kəndi yaxınlığında, Göygöl rayonu və rayonun Aşıqlı ərazisindən sel keçib.
 

# 8886
avatar

Oxşar yazılar