Sərt karantin olacaq? - Prezidentin köməkçisindən  AÇIQLAMA
20 avqust 2021 11:14 (UTC +04:00)

Sərt karantin olacaq? - Prezidentin köməkçisindən AÇIQLAMA

“Bu gün hər hansı bir sərtləşməyə getməyə ehtiyac yoxdur”.

Lent.az məlumat verir ki, bu sözləri bu gün Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda xəstələnənlərin öhdəsindən gəlinə bilinir:

“Əgər biz hiss etsək ki, həkimlər çatdıra bilmir, o zaman növbəti addımlarda sərtləşmə müzakirə oluna bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4758
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar