Sərnişinlərin "8 Noyabr” stansiyasından istifadə edəcəyi  TARİX AÇIQLANDI
29 may 2021 13:31 (UTC +04:00)

Sərnişinlərin "8 Noyabr” stansiyasından istifadə edəcəyi TARİX AÇIQLANDI

“8 Noyabr” stansiyası mayın 31-dən sərnişinlərin istifadəsində olacaq.

Bunu APATV-yə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.

O deyib ki, yeni açılan stansiya Bakının Nəsimi rayonu ilə digər rayonları birləşdirəcək: “8 noyabr” stansiyasından hərəkət edən sərnişinlər “Memar Əcəmi” stansiyasında bir yoldan digər yola keçməklə hərəkətlərini müəyyənləşdirə biləcəklər”.

Stansiya sərnişinlərin rahat keçidini təmin etmək üçün eskalatorlarla təmin edilib: “Stansiya “qruntda divar” inşaat üsulu ilə tikilib. Sərnişin platofrması yeddi vaqondan ibarətdir. Həm texniki avadanlıq, həm mühəndis qurguları baxımından stansiyada bir sıra yeniliklər var. Ən böyük yeniliklərdən biri dəmir beton bloklar üzərində yolların salınmasıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142
avatar

Oxşar yazılar