Şənbə günü bu rayonlara gedənlərin  NƏZƏRİNƏ:   Yollar buz bağlayacaq
21 yanvar 2022 17:39 (UTC +04:00)

Şənbə günü bu rayonlara gedənlərin NƏZƏRİNƏ: Yollar buz bağlayacaq

Yanvarın 22-də Azərbaycanın avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sabah gecə və səhər Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yexlax, Quba-Qusar, Naxçıvan-Şahbuz, Bərdə-İstisu, Goranboy-Tərtər, Xaldan-Mingəçevir, Xankəndi-Xocavənd, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şuşa-Füzuli, Hacıqabul-Bəhramtəpə-Mincivan, Ağdam-Füzuli-Horadiz, Ələt-Astara, Salyan-Neftçala, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Dağlıq və dağətəyi rayonlarında isə bəzi yolların buz bağlayacağı ehtimalı var.

# 2730
avatar

Oxşar yazılar