Azərbaycan Tibb Universitetində məşhur oftalmoloq, akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş humanitar xeyriyyə aksiyasına start verilib.
Universitetdən Lent.az-a verilən məlumata görə, ATU rektoru professor Gəray Gəraybəyli və oftalmoloq həkim Qurban İsmayılovun təşəbbüsü ilə universitetdə təhsil alan 8 tələbə pulsuz göz əməliyyatı olunublar.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, bu gün artıq 8 tələbə Excimer lazer göz əməliyyatı olunub.
Aksiya 3 gün ərzində davam edəcək və bu müddətdə ümumilikdə 34 tələbənin əməliyyat olunacağı planlaşdırılır.
ATU rəhbərliyinin təşəbbüsü ilə hər il mayın 10-da – milli lider Heydər Əliyevin anadan olmasının ildönümlərində də tələbələr üçün belə aksiyalar təşkil olunur.Tələbələr ATU-da pulsuz əməliyyat olunurlar.
Əməliyyat olunan tələbələr