Şəkər xəstələri peyvənd vurdura bilərmi? - CAVAB
15 noyabr 2021 15:05 (UTC +04:00)

Şəkər xəstələri peyvənd vurdura bilərmi? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında bu günün mövzusu şəkərli diabet xəstələrinin peyvənd vurdurması ilə bağlıdır. 

Sosial şəbəkələrdə bu mövzu ətrafında geniş müzakirələr aparılır. Bəziləri şəkər xəstələrinin risk qrupuna daxil olduğunu və peyvəndlənmənin onların həyatı üçün təhlükəli olduğunu iddia edir. Bəs görəsən həkimlər bu barədə nə deyir? 

Məsələ ilə bağlı Həkim-endokrinoloq Xalid Qurbanzadə Lent.az-ın sorğusunu cavablandırıb.

X.Qurbanzadə şəkər xəstələri COVID-19  peyvəndi vurdura bilərmi? - sualına belə cavab verib: “Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır”. 

Qeyd edək ki, Azərbaycanda 287 min 466 nəfər qeydiyyatda olan şəkərli diabet xəstəsi var. 

# 8100
avatar

Aytəkin Cəlali

Oxşar yazılar