Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov dəfn olunub.
Lent.az APA-ya istinadən xəbər verir ki, şəhid jurnalist Müşfiqabad qəsəbəsində ata-anasının dəfn olduğu qəbiristanlıqda torpağa tapşırılıb.
***
saat 10:11
Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi keçirilir.
APA xəbər verir ki, Məhərrəm İbrahimovun yaşadığı evdə, Bakının M.Ə.Rəsulzadə qəsəbəsində keçirilən vida mərasimində yaxınları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, mərhum jurnalistin nəşi bu gün səhər saatlarında yaşadığı evə gətirilib.
Şəhid jurnalist Müşfiqabad qəsəbəsində ata və anasının dəfn olduğu qəbiristanlıqda dəfn ediləcək.