Vətən müharibəsinin şəhidi Məmmədağa İmanov
01 iyun 2021 14:06 (UTC +04:00)

Vətən müharibəsinin şəhidi Məmmədağa İmanov

Şəhid Məmmədağa İmanov dəfn edildi -FOTO

Vətən müharibəsinin şəhidi Məmmədağa İmanov anadan olduğu Neftçala rayonunda dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçinin nəşi Neftçala rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhid hərbçinin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

Qeyd edək ki, İmanov Məmmədağa İqab oğlu 2001-ci ildə Neftçala rayonunun Dalğa kəndində anadan olub.

Onun Vətən müharibəsi başlayandan bir neçə gün sonra ailəsi ilə əlaqə saxladığı bildirilir. Bundan sonra ondan xəbər olmayıb, itkin kimi qeydə alınıb.

Hərbi Prokurorluğun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

# 2148
avatar

Oxşar yazılar