Şəhid jurnalist Sirac Abışov dəfn edildi - FOTO -VİDEO  - YENİLƏNİB
05 iyun 2021 13:16 (UTC +04:00)

Şəhid jurnalist Sirac Abışov dəfn edildi - FOTO-VİDEO - YENİLƏNİB

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışov dəfn olunub.

APA-nın xəbərinə görə, Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

***

11.00

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, Sirac Abışovun yaşadığı evdə - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilən vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, media, ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhid jurnalist Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.

# 5361
avatar

Oxşar yazılar