Şəhid Eldəniz Verdiyevlə Göygöl rayonunda vida mərasimi keçirilir
05 iyun 2021 10:40 (UTC +04:00)

Şəhid Eldəniz Verdiyevlə Göygöl rayonunda vida mərasimi keçirilir

Şəhid Eldəniz Verdiyevlə vida mərasimi - FOTOLAR

Vətən müharibəsinin şəhidi Eldəniz Verdiyevlə anadan olduğu Göygöl rayonunda vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhidin nəşi Göygölün Murovdağ qəsəbəsinə, yaşadığı evə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Göygöl rayonu, Murovdağ qəsəbə sakini, 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun nəşinin iyunun 2-də Murovdağ istiqamətində tapıldığı açıqlanıb.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) olan Eldəniz Verdiyev Vətən müharibəsinin ilk günlərində itkin düşüb.

# 1605
avatar

Oxşar yazılar