Xəbər verildiyi kimi, bir müddət əvvəl "Kontakt Home" mağazalar şəbəkəsi Vətən müharibəsində şəhid olan Adilov Şirəli İlham oğlunun evinə gələrək, mağazadan kreditlə götürülən mebelləri aparıb. Bununla bağlı məsələ ictimailəşdirildikdən sonra "Kontakt Home" şəhidin bütün borclarını ləğv edəcəyini bildirib.
Lent.az xəbər verir ki, bu gün isə şəhidin anası "Kontakt Home"a dəvət olunaraq mebelləri ona geri qaytarılması təklif olunub və şəhidin bütün borclarının silinəcəyi vəd edilib.
Lakin şəhid anası Zümrüd Adilova təklifi qəbul etməyib və oğlunun bütün borclarını ödəyəcəyini bildirib.