Şəhərə qar yağmadı, qadına  maaşlı məzuniyyət   verildi
02 fevral 2024 18:21 (UTC +04:00)

Şəhərə qar yağmadı, qadına maaşlı məzuniyyət verildi

Çində qadını çox sevdiyi qar onun şəhərinə yağmadığı üçün ödənişli məzuniyyətə göndərilib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Çjetsyan əyalətinin sakini müdiri ilə əlaqə saxlayıb və Hançjouda qar yağmadığı üçün özünü pis hiss etməkdən şikayətlənib. Rəhbərlik bunu məzuniyyət üçün kifayət qədər əsas hesab edib.

Bu şirkət işçilərinin “əhval-ruhiyyələrinə uyğun tətil” vermək imkanına malikdir.

“Rəhbərimiz açıq şəkildə bildirdi ki, əgər işçinin əhval-ruhiyyəsi yaxşı deyilsə, o, istənilən vaxt maaşı və ya mükafatını azaltmadan belə məzuniyyət tələb edə bilər”, - qadın bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5427
avatar

Oxşar yazılar