“İstintaq əməliyyatlarından sonra bəlli olub ki, xəstəxanada olan insanların bəziləri özünü peyvənd olunmuş kimi təqdim edənlərdir”.
Lent.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O bildirib ki, saxta sənəd verənlərin arasında həkimlər və kiçik tibbi personal arasından da insanlar tutulub:
"İnsanlar nəinki öz həyatı ilə oynayır, həm də dövlətin siyasətinə xələl gətirirlər. Buna hansısa əsas gətirmək qeyri-mümkündür. Müvafiq dövlət orqanları bununla mübarizəni davam edəcək. Həmin şəxslərə buradan da müraciət edirik ki, onlar çox ciddi cəzalandırılacaqlar.”