Şagirdlərin yerdəyişməsi dayandırıldı -  SƏBƏB
10 iyun 2021 12:02 (UTC +04:00)

Şagirdlərin yerdəyişməsi dayandırıldı - SƏBƏB

İyunun 10-da saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi iyunun 17-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. İyunun 17-dən isə proqram təminatı müvəqqəti olaraq dayandırılacaq.

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

# 1941
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar