Sabahın hava proqnozu AÇIQLANDI 
25 mart 2021 12:10 (UTC +04:00)

Sabahın hava proqnozu AÇIQLANDI 

Martın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən  məlumata görə martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Gecəyə doğru yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq. Havanın temperaturu  gecə  5-8 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. 

Bakıda gecə 6-8 dərəcə  isti, gündüz 9-11 dərəcə  isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz  olacaq. 

Martın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə  4-7 dərəcə  isti, gündüz  12-17 dərəcə isti , dağlarda gecə 0-5 dərəcə  isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta,  gündüz  5-10 dərəcə isti olacaq. 

Martın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi  meteohəssas insanlar üçün əlverişlidir.

# 2391
avatar

Nigar Adil

Oxşar yazılar