Sabahdan qüvvəyə minəcək QADAĞALAR  - DİQQƏT
31 avqust 2021 13:05 (UTC +04:00)

Sabahdan qüvvəyə minəcək QADAĞALAR - DİQQƏT

COVID-19 pandemiyası ilə əlaqədar sabahdan etibarən yeni məhdudiyyətlər qüvvəyə minir.  

Lent.az xatırladır ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişikliklərə görə, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir:

- mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

- mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

- bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;

- ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir;

- yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

- ictimai iaşə müəssisələrində;

- mehmanxanalarda;

- iri ticarət mərkəzlərində.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33630
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar