Sabahdan 3-cü doza peyvənd vurdurmayanlar şənlik mərasimlərində iştirak edə bilməyəcək.
Lent.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il dekabrın 30-da verilən qərarında öz əksini tapıb.
Qərara əsasən, fevralın 15-dən etibarən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan peyvənd sertifikatı və ya koronavirusdan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-ə qarşı peyvəndə əks-göstərişi müəyyən edən sertifikatı olmalıdır. Şənlik mərasimlərində iştirak edən qonaqlar üçün isə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.
Bundan başqa, sabahdan bütün elm və təhsil müəssisələri işçiləri və ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan tələbələr üçün peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minir.
Sabahdan restoran, mehmanxana və ticarət mərkəzlərində qapalı məkanda üçüncü doza peyvənd də tələb ediləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin həmin qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevralın 15-dən etibarlı hesab edilməyəcək.