Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
19 mart 2024 09:35 (UTC +04:00)

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Sabahdan, martın 20-dən Azərbaycanda Novruz bayramı ilə əlaqədar bir həftə (7 gün) qeyri-iş günü olacaq.

Lent.az  xəbər verir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Martın 23-ü və 24-ü şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Azərbaycanın Əmək Məcəlləsinə əsasən, martın 25-i və martın 26-sı da qeyri-iş günləri olacaq.

Beləliklə, Novruz Bayramı ilə əlaqədar 7 gün ardıcıl (martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-sı) qeyri-iş günləridir.

Azərbaycanda bayram tətilindən sonra növbəti iş günü martın 27-dir.

Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir.

Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.

Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir.

# 3909
avatar

Oxşar yazılar

APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14
Sabah 33 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

28 may 2024 , 12:54
Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

28 may 2024 , 11:23
"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

27 may 2024 , 21:22
3 məktəbin direktoru  İŞDƏN ÇIXARILDI

3 məktəbin direktoru İŞDƏN ÇIXARILDI

27 may 2024 , 18:57