Sabah yağış və qar  yağmayacaq, amma 8 dərəcə şaxta  olacaq
09 yanvar 2025 12:50 (UTC +04:00)

Sabah yağış və qar yağmayacaq, amma 8 dərəcə şaxta olacaq

Yanvarın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.  

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 80-85%, gündüz 65-70% olacaq.  
 
Azərbaycanın rayonlarında
 hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.    
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11784
avatar

Oxşar yazılar