Sabah Mingəçevir şəhərində içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə Lent.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilir ki, təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq. Məhdudiyyətlərin yaranması da məhz bu səbəblə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.