Sabah leysan yağacaq -  PROQNOZ
22 sentyabr 2021 12:41 (UTC +04:00)

Sabah leysan yağacaq - PROQNOZ

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-26° isti, Bakıda gecə 20-22° isti, gündüz 24-26° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Səhər dağlarda duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

# 3117
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar