Sabah hava necə olacaq? - PROQNOZ
08 avqust 2022 12:48 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Avqustun 9-na olan hava məlumatı açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34°  isti olacaq.

Bakıda gecə 22-24° isti, gündüz  30-32° isti olacaq.  

Atmosfer təzyiqi  norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  65-75 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. 

Dəniz suyunun temperaturu: 

- Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

- Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında:

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz  18-23° isti olacaq.  

# 2367
avatar

Oxşar yazılar