Sabah hava necə olacaq? - PROQNOZ
24 aprel 2021 11:53 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Aprelin 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent. az-a verilən məlumata görə,  aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.  Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 11-13 dərəcə, gündüz 19-23 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət gecə 65-75 , gündüz 45-50% olacaq.

 

Aprelin 25-də  Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz  15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki,  bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

# 2073
avatar

Oxşar yazılar

Sabah üçün tibbi-meteoroloji  PROQNOZ

Sabah üçün tibbi-meteoroloji PROQNOZ

23 aprel 2024 , 15:26
Narkotik artıq  məktəblərə yol tapıb   - Siyavuş Novruzov

Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov

23 aprel 2024 , 14:33
30 dərəcə istidən sonra  şaxtalı hava

30 dərəcə istidən sonra şaxtalı hava

23 aprel 2024 , 14:11
Vüqar Səfərli də ƏFV istəyir

Vüqar Səfərli də ƏFV istəyir

23 aprel 2024 , 14:09
Aprelin 23-nün  ən xoşbəxt   BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız  var

Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var

23 aprel 2024 , 13:48
Sabah  30 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 30 dərəcə isti olacaq - HAVA PROQNOZU

23 aprel 2024 , 12:48
Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

23 aprel 2024 , 10:59
Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

23 aprel 2024 , 09:13