
Sabah hava necə olacaq? - PROQNOZ

Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 11-15, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Yanvarın 15-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 8-13, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz:
Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Hicranə Əlişqızı
Oxşar yazılar

Kəlbəcərin Nadirxanlı kəndi - VİDEO
20 yanvar 2021 , 19:26
"20 yanvar qurbanlarının qisasını alacağıq!", demişdi... - İki bacının ŞƏHİD qardaşı - FOTO - VİDEO
20 yanvar 2021 , 18:44
Psixoloji yardım davam edir: daha 20 mütəxəssis gətirildi - FHN-VİDEO-YENİLƏNİB
20 yanvar 2021 , 18:02
Günün koronavirus STATİSTİKASI: 332 yoluxma, 897 sağalma, 12 ölüm
20 yanvar 2021 , 16:41
20 yanvar şəhidləri Şuşada anıldı-VİDEO
20 yanvar 2021 , 14:48
Qürur və and yerimiz-FOTOLENT
20 yanvar 2021 , 13:00
Bakıya qar yağacaq - PROQNOZ
20 yanvar 2021 , 12:27
İnterneti olmayan şagirdlər belə imtahan verəcək - RƏSMİ
20 yanvar 2021 , 12:10