Sabah hava günəşli olacaq -  PROQNOZ
11 may 2021 11:43 (UTC +04:00)

Sabah hava günəşli olacaq - PROQNOZ

Azərbaycanda mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az=a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13 isti, gündüz 18-23 dərəcə isti olacaq., Bakıda gecə 10-12 isti, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

# 2076
avatar

Oxşar yazılar