Sabah güclü külək əsəcək, qar yağacaq -  PROQNOZ
10 noyabr 2021 12:53 (UTC +04:00)

Sabah güclü külək əsəcək, qar yağacaq - PROQNOZ

Noyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

# 1773
avatar

Oxşar yazılar