Sabah güclü külək əsəcək  - HAVA PROQNOZU
24 avqust 2022 10:34 (UTC +04:00)

Sabah güclü külək əsəcək - HAVA PROQNOZU

Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-38° isti,  dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3603
avatar

Oxşar yazılar