Beynəlxalq Yoqa Günü ilə bağlı Azərbaycanda keçirilən Yoqa Festivalı çərçivəsində iyunun 4-də Respublika Velotrekində açıq yoqa dərsi təşkil edilib. Azərbaycan Velosiped Federasiyası (AVF),
Lent.az xəbər verir ki, Hindistanın Azərbaycandakı Səfirliyi və Klassik Yoqa Məktəbinin təşkilatçılığı ilə keçirilən açıq dərsdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Nazirliyin və AVF-nin bir qrup nümayəndəsi, eləcə də 100-dən çox həvəskar iştirak edib.
Tədbirdə yoqanın inkişafı istiqamətində Azərbaycanda həyata keçirlən təbliğat işlərindən söhbət açılıb, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın ölkəmizdə yoqanın populyarlaşdırılması və inkişafı ilə bağlı gördüyü işlərdən danışılıb.
Yoqa mütəxəssisi Elçin Quliyevin rəhbərliyi ilə Hatha Yoqa praktikası üzrə hərəkətlər icra olunub.
Daha sonra Solmaz Əskərova və Rinat Alimovun iştirakı ilə musiqi proqramı baş tutub.
Musiqi proqramının ardınca, qonaqlara vegetarian yeməkləri təqdim olunub.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib. Həmin gün münasibətilə dünyanın müxtəlif ölkələrində yoqa festivalları keçirilir.