Ramazanın 26-cı gününün DUASI  - Bu gün QƏDR GECƏSİDİR
09 may 2021 19:00 (UTC +04:00)

Ramazanın 26-cı gününün DUASI - Bu gün QƏDR GECƏSİDİR

Bu gün Ramazan ayının iyirmi altıncı günüdür. Ramazan təqviminə əsasən, iftar vaxtı saat 19:59-dur.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi altıncı gününün iftar duasını təqdim edir: 

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Qeyd edək ki, bu gün Ramazan ayının sonuncu qədr gecəsidir.  

Allah orucunuzu qəbul etsin!

# 2070
avatar

Nigar Adil

Oxşar yazılar