İnzibati Xətalar Məcəlləsinə təklif edilən və qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə cərimələri nəzərdə tutan 401.1-ci maddə üçüncü oxunuşda layihədən çıxarılıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu, sabah Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Milli Məclisdə birinci və ikinci oxunuşda qəbul edilən layihədə əksini tapan 401.1-ci maddəyə əsasən, qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə inzibati xətanın törədilməsində alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə edilməsi təklif olunurdu.
Qeyd edək ki, qumar oyunlarının təşkilinə və ya keçirilməsi ilə bağlı cəzalar və cərimələr Cinayət Məcəlləsində əksini tapacaq. Bununla bağlı Cinayət Məcəlləsində 244-1-ci maddənin (Qumarxana təşkil etmə və ya saxlama) adı dəyişdirilərək “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlandırılır və bu maddə yeni redaksiyada verilir. Başqa sözlə, qumar oyunlarının təşkili və keçirilməsi inzibati xəta kimi qiymətləndirilməyəcək, cinayət məsuliyyəti yaradacaq.

Qumar oyunlarının təşkili cinayət məsuliyyəti yaradacaq
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46