İqlim dəyişiklikləri kənd təsərrüfatına və heyvandarlığa ciddi təsir edir. Lakin indiyənə kimi bu məsələdə Yer kürəsinin hansı regionlarının sözügedən problemlə qarşılaşacaqları və hansı risklərin olması ilə bağlı elmi məlumatlar yox idi.
Lent.az "technote"a istinadən xəbər verir ki, aparılmış yeni tədqiqat parnik qazları miqdarının aşağı salınmaması halında qida məhsullarının qlobal istehsalının nə dərəcədə zərər çəkəcəklərinə aydınlıq gətirir. Beləliklə aparılmış yeni təqiqata əsasən əgər CO2 emissiyası indiki templə davam etsə qida məhsullarının 1/3 hissəsinin məhv olması ehtimalı dəqiq şəkildə baş verəcək.
Tədqiqatda alimlər təhlükəsiz iqlim mühiti konsepsiyasını təyin ediblər. Bu mühitə daxil olan rayonlarda hal hazırda qida məhsullarının 95%-i istehsal olunur və bu proses 3 iqlim faktoruna əsasən reallaşdırılır: Yağıntılar, temperatur və quraqlıq.
“Bizim tədqiqatlarımız onu göstərir ki, parnik qazlarınn sürətli və idarə olunmaz emissiyası qida məhsullarının mövcud qlobal istehsalını əsrin sonuna elə şərtlər altına salacaq ki, həmin şərtlər altında müəyyən qida məhsullarının istehsalı mümkün olmayacaq. Yaxşı xəbər ondan ibarətdir ki, əgər biz parnik qazlarının emissiyasını azaltsaq və istiləşmə prosesi 1.5-2 dərəcə ilə məhdudlaşsa, istehsal olunan qida məhsullarının yalnız bir hissəsi bilinməyən şərtlər ilə qarşılaşacaq” - deyə tədqiqatçılardan biri qeyd edib. Yağıntılar ilə quraqlıqların saylarında olan dəyişiklik və o cümlədən iqlimin istiləşməsi Cənub və Cənub-Şərqi Asiya regionları ilə Afrikanın Sahel regionunun qida məhsulları istehsalına xüsusən təsir edə bilər. Bu regionlar dəyişilən şərtlərə adaptasiya olmaq imkanından məhrumdurlar.
Lakin qida məhsullarının istehsalı ilə heyvandarlıq sahələri yeni şərtlərə adaptasiya olmaq üçün yetəri zamana sahib olmayacaqlar. Alimlər tərəfindən aparılmış yeni tədqiqatda gələcəkdə baş verməsi mümkün olan iqlim dəyişikliyinin 2 ssenarisi qeyd olunub. Birinci ssenariyə əsasən CO2 emissiyası radikal şəkildə azaldılaraq qlobal istiləşməni 1.5-2 dərəcədə məhdudlaşdırır. İkinci ssenariyə əsasən isə CO2 emissiyası getdikcə artır. Tədqiqatçılar cəmiyyətin dəyişikliklərə adaptasiya olmaq bacarığını nəzərə alaraq iqlim dəyişikliyinin qida məhsulları istehsalının 27 vacib sahəsinə və 7 müxtəlif mal-qaraya necə təsir edəcəyini qiymətləndiriblər.
Nəticələr onu göstərir ki, bu məsələ ilə bağlı olan təhlükə ölkələrə və kontinentlərə müxtəlif cür təsir göstərir. Tədqiq olunmuş 177 ölkənin 52-nin bütün qida məhsulları istehsalatı gələcəkdə təhlükəsiz iqlim mühitində qalacaq. Bura Finlandiya və digər Avropa ölkələri daxildirlər. Əgər insanlar bu məsələdə müəyyən dəyişikliklər etməsələr, Benin, Kamboca, Qana, Qvineya-Bisau, Qayana və Surinam kimi onsuz da həssas olan ölkələr çox ciddi zərər çəkəcəklər. Mövcud qida məhsullarının istehsalının 95%-i təhlükəsiz iqlim mühitindən kənarda yerləşir. Varlı qərb dövlətləri ilə müqayisədə bu ölkələr həmçinin iqlim dəyişiklikləri nəticəsində yaranan yeni şərtlərə adaptasiya məsələsində çox az imkanlara sahibdirlər.
Tədqiqatçıların hesablamalarına əsasən əgər mövcud olan CO2 emissiyasının miqdarını azaltmaq mümkün olsa, hal hazırda dünyanın ən böyük iqlim zonası hesab olunan Şimal meşələrinin (Şimali Amerikanı, Rusiyanı və Avropanı əhatə edən meşələr) əhatəsi 2100-cü ilə kimi indiki 18 milyon kvadrat kilometrdən 14.8 milyon kvadrat kilometrə kimi azalacaq. Lakin CO2 emissiyasını nəzarət altına almaq mümkün olmasa, sadəcə 8 milyon kvadrat kilometr meşə əhatəsi qalacaq. Arktik Tundrada vəziyyət daha acınacaqlı olacaq. Qiymətləndirməyə əsasən iqlim dəyişikliklərinə təsir etmək mümkün olmasa Arktik Tundra ümumiyyətlə yox olacaq. Eyni zamanda tropik quru meşələr ilə tropik səhraların sayları artacaq. Bu yüzilliyin sonuna kimi biz, bütün dünya üzrə 4 milyon kvadrat kilometr əhatə dairəsinə sahib yeni səhra görəcəyik. Aparılmış bu tədqiqatın heç bir unikal ideyası yoxdur. İqlim dəyişiklikləri ilə mübarizədə təcili və radikal qərarlar qəbul edilməlidir.