Qarabağdakı sülhməramlılara yeni komandan təyin edildi  - FOTO
25 sentyabr 2021 11:44 (UTC +04:00)

Qarabağdakı sülhməramlılara yeni komandan təyin edildi - FOTO

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.

Lent.az xəbər verir ki, APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Xatırladaq ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.

General-leytenant Gennadi Anaşkin

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541

Oxşar yazılar